Naməlum obyektlər indi də Kiyev səmasına gəlib

   Naməlum obyektlər indi də Kiyev səmasına gəlib
  01 Mart 2023    Oxunub:1038
Ukraynanın Kiyev vilayətində naməlum uçan obyekt aşkarlanıb. AzVision.az xəbər verir ki, bu barədə vilayət administrasiyası məlumat yayıb.
Yerli KİV-in məlumatına görə, obyekt sonradan Brovarı rayonunda (Kiyevin ətrafı hesab olunur-red.) müşahidə edilib. Bölgə səlahiyyətliləri hava hücumundan müdafiənin işə salına biləcəyi ilə bağlı xəbərdarlıqlar ediblər. Bütün Kiyev vilayətində hava həyəcanı elan edilib.

"UNO-ların çoxalması nüvə riski ilə bağlı ola bilər"
Qeyd edək ki, bir müddət öncə də Ukrayna hakimiyyəti dəfələrlə ölkə səmasında naməlum şarların görünməsi barədə məlumat yaymışdı. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat qeyd edib ki, şarlar əslində Ukraynanın hava hücumundan müdafiə sistemini məhv etmək üçün nəzərdə tutulub.

Xatırladaq ki, son zamanlar naməlum uçan obyektlərin artması ilə bağlı məlumatlar dolaşır. Əvvəlcə ABŞ Kanada və öz səmasında bir neçə obyekti sıradan çıxardığını bəyan etdi. Bu günlərdə isə Rusiya da oxşar əməliyyatla bağlı məlumat yaymışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kiyev   Səma  



Xəbər lenti