Yerli KİV-in məlumatına görə, obyekt sonradan Brovarı rayonunda (Kiyevin ətrafı hesab olunur-red.) müşahidə edilib. Bölgə səlahiyyətliləri hava hücumundan müdafiənin işə salına biləcəyi ilə bağlı xəbərdarlıqlar ediblər. Bütün Kiyev vilayətində hava həyəcanı elan edilib.
Qeyd edək ki, bir müddət öncə də Ukrayna hakimiyyəti dəfələrlə ölkə səmasında naməlum şarların görünməsi barədə məlumat yaymışdı. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat qeyd edib ki, şarlar əslində Ukraynanın hava hücumundan müdafiə sistemini məhv etmək üçün nəzərdə tutulub.
Xatırladaq ki, son zamanlar
naməlum uçan obyektlərin artması ilə bağlı məlumatlar dolaşır. Əvvəlcə ABŞ Kanada və öz səmasında bir neçə obyekti sıradan çıxardığını bəyan etdi. Bu günlərdə isə
Rusiya da oxşar əməliyyatla bağlı məlumat yaymışdı.
Tural Tağıyev
AzVision.az