Gürcüstanda olan zəlzələ Ermənistanda da hiss edilib

Gürcüstanda olan zəlzələ Ermənistanda da hiss edilib
  01 Mart 2023    Oxunub:1673
Gürcüstanda 4,2 bal gücündə zəlzələ baş verib. AzVision.az xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin saytı məlumat yayıb.
Zəlzələnin ocağı Tiflisdən 62 km aralıda - Dmanisi şəhərində yerləşib. Episentrdə zəlzələnin gücü 5-6 bal olub.
Ermənistan seysmik stansiyaları da təkanları qeydə alıblar. Yeraltı təkanlar Ermənistan ərazisində: Şirak və Lori rayonlarında 3-4 bal, Tavuş vilayətinin Noyemberyan şəhərində 2-3 bal gücündə hiss olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti