Krıma kütləvi PUA hücumları olub

Krıma kütləvi PUA hücumları olub
  01 Mart 2023    Oxunub:782
Rusiya hava hücumundan müdafiə sistemləri ötən gün Ukrayna pilotsuz təyyarələrinin Krıma qarşı kütləvi hücumunu dəf edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, "Kiyev rejiminin pilotsuz təyyarələrlə Krım yarımadasındakı obyektlərə kütləvi hücum etmək cəhdinin qarşısı uğurla alınıb. Ukraynaya məxsus 6 hücum PUA-sı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Daha 4-ü elektron döyüş texnikası vasitəsilə sıradan çıxarılıb. İtki və dağıntı yoxdur”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Krım  





Xəbər lenti