"Quş qripi yeni pandemiyaya səbəb ola bilər" - ÜST
"Virusun quşdan insana ötürülməsi riskini azaltmaq üçün ön cəbhədə olmalıyıq. Virusun insandan insana davamlı şəkildə yayılma qabiliyyətinə sahib olacağı və yeni bir pandemiyaya səbəb ola biləcəyi ilə bağlı qorxular var. Biz buna hazırlaşmalıyıq", epidemioloq vurğulayıb.
"Elmi ictimaiyyət təhlil və ya lazım gələrsə peyvəndləri daha tez çatmaq üçün bu virusların genetik ardıcıllığını təhlil edir".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının fevralın 26-da yaydığı açıqlamaya görə, son 20 ildə dünyanın 23 ölkəsində A (H5N1) qripinə 873 insan yoluxub, 458 nəfər ölüb.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


