Finlandiya parlamenti NATO-ya üzvlük layihəsini təsdiqlədi

   Finlandiya parlamenti NATO-ya üzvlük layihəsini təsdiqlədi
  01 Mart 2023    Oxunub:720
Finlandiya parlamenti ölkənin NATO-ya daxil olması ilə bağlı hökumətin təqdim etdiyi qanun layihəsini təsdiqləyib.
RİA Novosti-nin məlumatına görə, layihənin lehinə 184 deputat səs verib, 7 deputat iştirak etməyib, biri isə bitərəf qalıb.

Sənədin ratifikasiyası ölkə prezidenti Sauli Niinistö tərəfindən də təsdiqlənməlidir.

Qeyd edək ki, Finlandiya və İsveç NATO-nun 30 ölkəsinin hamısı tərəfindən ratifikasiya prosesi başa çatana qədər Alyansa üzv ola bilməyəcək. Onlardan ikisi - Macarıstan və Türkiyə şimal ölkələrinin müraciətlərini hələlik təsdiq etməyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti