Ermənistan Azərbaycana delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini verib

      Ermənistan Azərbaycana delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini verib
  01 Mart 2023    Oxunub:1194
Ermənistan Azərbaycana delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini təhvil verib. Bunu çərşənbə günü hökumət saatında baş nazir Nikol Paşinyan deyib.
"Bu yaxınlarda biz Azərbaycana sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsi təqdim etmişik. Biz bu sənədə cavab gözləyirik", - baş nazir bildirib.

Paşinyan xatırladıb ki, sülh müqaviləsinin İrəvanın təklif etdiyi variant Azərbaycana verilib.

"Amma bizim belə reaksiyamız yoxdur. Bizə belə bir sənəd gələndə ona cavab vermək üçün müəyyən vaxt lazımdır. Güman edirəm ki, bir müddətdən sonra hansısa reaksiya olacaq", - Paşinyan bildirib.

Eyni zamanda o qeyd edib ki, sülh müqaviləsi üzrə işin 3 mərhələsi artıq keçib - təkliflər mübadiləsi. Bu istiqamətdə işlər davam etdirilməlidir. Paşinyan qeyd edib ki, bu iş həmişə üzbəüz görüşlər tələb etmir.

Ermənistan Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, kommunikasiyaların açılması, sərhəd təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əvvəlki təkliflər qüvvədə qalır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti