İranda toyda atışma - Ölən və yaralananlar var

   İranda toyda atışma -    Ölən və yaralananlar var
  01 Mart 2023    Oxunub:803
İranda toy mərasimində atışma olub.
Bu barədə “Tasnim” agentliyi Fars əyalətinin polis idarəsinə istinadən məlumat yayıb.

“Kirokarzin şəhərində toyda baş verən atışma nəticəsində təəssüf ki, iki nəfər həlak olub, beş nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdirilib”, - məlumatda bildirilir.

Qeyd olunur ki, hücum edən şəxs hadisə şahidləri tərəfindən müəyyən edilib, o, polisə gələrək təslim olub.


Teqlər:



Xəbər lenti