İrəvanın müharibəni araşdıran komissiyası "KQB zirzəmisi"nə gedir

 İrəvanın müharibəni araşdıran komissiyası  "KQB zirzəmisi"nə gedir
  02 Mart 2023    Oxunub:1341
Ermənistanın 44 günlük müharibədəki məğlubiyyətləri, döyüş şəraitini araşdıran xüsusi komissiyası Baş Qərargahın keçmiş rəislərini prosesə cəlb edəcək.AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri məlumat yayıb.
“Xüsusən də yararsız mərmi işi üzrə təqsirləndirilən şəxslər- Artak Davtyan və Onik Qasparyanın sorğu-suala cəlb edilməsi gündəmdədir”, - məlumatda bildirilir.

Qəzet onu da yazıb ki, Baş Qərargahın keçmiş rəislərindən sonra müdafiə nazirləri ilə də xüsusi söhbətlər aparılacaq. Komissiya üzvləri xüsusən yararsız mərmilərin alınmasına görə hazırda həbsdə olan keçmiş müdafiə naziri David Tonoyanla söhbət aparılmasının mümkünlüyünü müzakirə ediblər: "Qərara alınıb ki, müstəntiq hər hansı ziyarəti qadağan etsə də, komissiya üzvləri daha çox “KQB zirzəmisi” kimi tanınan “Yerevan-Kentron” istintaq təcridxanasına getsinlər”.

Qeyd edək ki, sözügedən komissiya təxminən bir il əvvəl yaradılıb. Bura parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri Andranik Köçəryan rəhbərlik edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti