İran silahlarının qaçaqmalçılığı ilə məşğul olan gəmi ələ keçdi

İran silahlarının qaçaqmalçılığı ilə məşğul olan gəmi ələ keçdi
  02 Mart 2023    Oxunub:765
Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri fevral ayında Oman körfəzinin beynəlxalq sularında İran silahlarının qaçaqmalçılığı ilə məşğul olan gəmini saxlayıb.
Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib. Gecə saatlarında yüksək sürətlə hərəkət edən gəmi ABŞ-ın kəşfiyyat təyyarəsi və PUA-sı tərəfindən aşkarlanıb. Qaçaqmalçılar İranın ərazi sularında gizlənməyə çalışsa da, Britaniyanın hərbi gəmiləri tərəfindən saxlanılıb.

Aşkarlanan silahların arasında tank əleyhinə idarəolunan raketlər və orta mənzilli ballistik raketlərin istehsalında istifadə edilən detallar olduğu bildirilir.

Ben Uollesin sözlərinə görə, “Lancaster” gəmisi tərəfindən həyata keçirilən bu əməliyyat və Britaniya Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində daimi mövcudluğu beynəlxalq hüququn təminatına zəmanət verir və bütün dünyada sülhə və təhlükəsizliyə təhdidlərin qarşısını almağa kömək edir.

Böyük Britaniyanın hərbi gəmiləri ötən il də İran silahlarının qaçaqmalçılığı ilə məşğul olan iki gəmini saxlamışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti