Erməni deputat: "Nikol öz müqəddəratını təyinetmədən çoxdan imtina edib"
![Erməni deputat: "Nikol öz müqəddəratını təyinetmədən çoxdan imtina edib" Erməni deputat: "Nikol öz müqəddəratını təyinetmədən çoxdan imtina edib"](https://azvision.az/photos/2023/03/f636e11c17cfc8_636e11c17d00c-1677748277.jpg)
O qeyd edib ki, bu barədə ona yüksək rütbəli avropalı siyasətçilərdən biri erməni deputatlarla görüşən zaman məlumat verib. Həmin Avropa rəsmisi bildirib ki, Nikol Paşinyan Qarabağda yaşayan ermənilərin "öz müqəddəratını təyinetmə" məsələsindən çoxdan imtina edib və hazırki danışıqların bütün məntiqi Xankəndinin Azərbaycana bağlı şəkildə qalmasına aiddir.
Deputat xüsusi olaraq vurğulayıb ki, həmin avropalı siyasətçinin proseslərə müəyyən təsiri var və ciddi bir siyasi yol keçib. Mamicanyan vurğulayıb ki, kimsə onun sözlərini təkzib etməyə çalışsa, konkret ad çəkməyə məcbur olacaq.
Tural Tağıyev
AzVision.az
Teqlər: