Müharibə Rusiya ərazisinə daşınır?- Braynskda atışma olub

   Müharibə Rusiya ərazisinə daşınır?-   Braynskda atışma olub
  02 Mart 2023    Oxunub:784
"Bu gün bir qrup ukraynalı diversant Klimovski rayonu ərazisinə soxulub. Onlar avtomobili atəşə tutublar, bir nəfər ölüb, bir uşaq isə yaralanıb".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz teleqram kanalında yazıb.

Fövqəladə hallar xidmətinin nümayəndəsi isə RİA Novosti-yə bildirib ki, ilkin məlumata görə, Bryansk vilayətinin Klimovski rayonunun Suşanax kəndindəki mağazada bir neçə nəfər girov götürülüb.

Hadisənin baş vermə şəraiti və diversantların kimliyi araşdırılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti