ABŞ Çin arasında gərginlik artır

   ABŞ Çin arasında gərginlik artır
  02 Mart 2023    Oxunub:669
ABŞ Dövlət Departamenti Tayvana F-16 qırıcılarında istifadə olunan raketlərin mümkün satışına icazə verib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin hökumətlərarası müqavilələr əsasında xarici ölkələrə silah və hərbi texnikanın tədarükünü həyata keçirən təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə agentliyi məlumat yayıb. ABŞ administrasiyası bu qərarı barədə Konqresi məlumatlandırıb. Qanunverici orqan potensial sövdələşməyə 30 gün müddətində münasibət bildirməlidir.

ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin ABŞ Dövlət Departamentinin Tayvana növbəti silah satışına icazə verməsi ilə bağlı qərarını şərh edib. Onun sözlərinə görə, Tayvana silah tədarükü Çinin suverenliyini pozur, regionda vəziyyətin gərginləşməsinə səbəb olur.

“Çin bu vəziyyətlə bağlı kəskin narazılığını və qəti etirazını bildirir. Həmçinin Pekin öz suverenliyinin və təhlükəsizlik sahəsində maraqlarının müdafiəsi üçün effektiv tədbirlər görəcək”, - deyə diplomat bildirib.

Qeyd edək ki, Tayvan rəsmiləri Birləşmiş Ştatlardan həmçinin radar əleyhinə 100 ədəd HARM və hava-hava tipli 200 ədəd AMRAAM raketləri, həmçinin digər sistemlər və ehtiyat hissələri almaq istəyir. Baş tutacağı təqdirdə 619 milyon dollarlıq sövdələşmə Tayvanın hava hücumundan müdafiə qabiliyyətini xeyli artıracaq.

AzVision.az



Teqlər:





Xəbər lenti