Ryabkov: "ABŞ nüvə sınağı keçirsə, adekvat reaksiya verəcəyik"

      Ryabkov:    "ABŞ nüvə sınağı keçirsə, adekvat reaksiya verəcəyik"
  02 Mart 2023    Oxunub:714
"Hərtərəfli Nüvə Sınaqlarının Qadağası Müqaviləsi (CTBT) ətrafında yaranmış vəziyyət ABŞ-ın davranışları səbəbindən getdikcə daha çox həyəcan təbili çalır. Əgər Vaşinqton sınaqlar keçirmək qərarına gəlsə, birinci addım atsa, Moskva adekvat cavab vermək məcburiyyətində qalacaq".
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, Rusiya baş verənlərə biganə qala bilməz.

"Heç kimdə qlobal strateji paritetin məhv edilə biləcəyi ilə bağlı təhlükəli illüziyalar olmamalıdır", - yüksək rütbəli rusiyalı diplomat Cenevrədə tərksilah üzrə konfransda çıxışı zamanı vurğulayıb.

Xatırladaq ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi 1996-cı il sentyabrın 10-da BMT Baş Assambleyasının 50-ci sessiyası zamanı qəbul edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Nüvə   ABŞ   Rusiya  





Xəbər lenti