26 qadını 2 ay bir otaqda saxladılar - VİDEO
![26 qadını 2 ay bir otaqda saxladılar - VİDEO 26 qadını 2 ay bir otaqda saxladılar - VİDEO](https://azvision.az/photos/2023/03/334550219_1298704044016142_7229337210831882956_n-1677756401.jpg)
Bahçelievler rayonundakı iqamətgahda çoxlu indoneziyalı qadının kömək istəməsi xəbərini alan təhlükəsizlik qrupları dərhal hərəkətə keçib.
Aparılan araşdırmalarda müxtəlif tarixlərdə Türkiyəyə daxil olan İndoneziya əsilli 23 qadının ev və ofis kimi istifadə edilən mənzildə zorla saxlanıldığı müəyyən edilib. Onları zorla saxlayan hər 3 şəxs polis tərəfindən nəzarətə götürülüb. Həmçinin, şübhəlilərdən biri olan T.M. adlı İraqlının iqamətgahında aparılan axtarışda daha 3 İndoneziya vətəndaşı olan qadın tapılıb.
Zərərçəkmiş qadınların İstanbuldan tranzit olaraq istifadə edərək sözügedən ölkələrə getməyi planlaşdırdıqları öyrənilib. Bu müddət ərzində evdən çıxmağa və heç kimlə danışmağa icazə verilməyən qadınların mobil telefonları və pasportları da əllərindən alınıb.
Saxlanılan 3 şəxsdən biri ölkədən deportasiya olunub, digər iki şəxs isə ədliyyə orqanları tərəfindən tutularaq həbsxanaya göndərilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: