Məşhur erməni xeyriyyə fondunun rəhbəri dələduz kimi tutuldu

  Məşhur erməni xeyriyyə fondunun rəhbəri dələduz kimi tutuldu
  02 Mart 2023    Oxunub:1089
Ermənistanın məşhur “Aris” xeyriyyə fondunun qəyyumlar şurasının sədri həbs edilib. O, dələduzluqda ittiham olunur.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, o, xeyriyyəçilik adı altında ümumi dəyəri 10 milyon dram (təxminən 25 min dollar-red) olan malları qızıl, gümüş və paltarları mənimsəyib.

O cümlədən, 2018-ci ildə xeyriyyəçilik fəaliyyəti bəhanəsi ilə Ermənistanın Kotayk rayonunun Zovk kəndinin sakinindən 3 milyon 713 min dram (təxminən 9 min dollar) dəyərində qızıl və gümüş əşyaları toplayaraq yalandan pulu onların hesabına köçürəcəyini vəd edib.

Bundan başqa, 2020 və 2022-ci illərdə o, eyni üsulla müxtəlif mağazalardan 3 milyon 148 min 800 dram (təxminən 8 min dollar) və 4 milyon 412 min 110 dram (təxminən 11 min dollar) dəyərində paltarlar götürüb. O, butik rəhbərlərinə tam məbləği ödəyəcəyinə söz verib, lakin bunu etməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Fond  



Xəbər lenti