"Twitter"in gəlirləri 40 faiz azalıb

 "Twitter"in gəlirləri 40 faiz azalıb
  04 Mart 2023    Oxunub:1149
2022-ci ilin dekabr ayının sonunda "Twitter" şirkətinin gəliri və mənfəəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 40% azalıb.
“The Wall Street Journal” mənbələrə istinadən yazır ki, belə dinamikanın əsas səbəblərindən biri bir sıra reklamçıların sosial şəbəkə ilə əməkdaşlıqdan imtina etməsi olub.

Qəzetin məlumatına görə, azalma həm gəlirdə, həm də ay üçün düzəliş edilmiş mənfəətdə illik müqayisədə təxminən 40% təşkil edib.

Qeys edək ki, "Tesla" və "SpaceX" in baş direktoru İlon Mask "Twitter"i 2022-ci ilin oktyabrında 44 milyard dollara alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti