Avropanın müharibə dövrü iqtisadiyyatına keçməyi təklif edilir

   Avropanın müharibə dövrü iqtisadiyyatına keçməyi təklif edilir
  04 Mart 2023    Oxunub:823
"Hesab edirəm ki, Avropa sənayesi müdafiə istehsalı ehtiyaclarımızı ödəmək üçün müharibə dövrünün iqtisadi modelinə keçməlidir".
AzVision.az xəbər verir ki, bunu Avropa Komissiyasının daxili bazar üzrə komissarı Tieri Breton deyib. Onun fikrincə, bu, Aİ-yə “yüksək intensivlikli münaqişənin” öhdəsindən gəlməyə kömək edəcək.

Breton qeyd edib ki, hazırda dünyada münaqişə böyüyür və onun reallıqlarının öhdəsindən gəlmək üçün Avropanın təhlükəsizliyini təmin edə biləcək müdafiə kompleksini təkmilləşdirmək lazımdır.


Teqlər:



Xəbər lenti