III Çarlz Harri və Meqanı da tacqoyma mərasiminə dəvət etdi

   III Çarlz Harri və Meqanı da tacqoyma mərasiminə dəvət etdi
  05 Mart 2023    Oxunub:818
Böyük Britaniya kralı III Çarlz şahzadə Harri və Meqan Marklı tacqoyma mərasiminə dəvət edib. Bu barədə “Hello” məlumat yayıb.
Cütlük elektron poçtla tacqoyma mərasiminə dəvət alıb. Eyni zamanda, onların tədbirdə iştirakla bağlı qərarı hələlik açıqlanmayıb.

Martın əvvəlində məlum olub ki, Kral III Çarlz kiçik oğlu şahzadə Harrini və həyat yoldaşı Meqan Marklı Böyük Britaniyadakı evlərindən qovmaq qərarına gəlib.

Bundan əvvəl o da bildirilib ki, III Çarlzın tacqoyma mərasimi şərəfinə təşkil olunacaq konsertdə çıxış etmək üçün dəvət olunan bir neçə məşhur şəxs tədbirdə iştirakdan imtina edib.

Böyük Britaniyanın yeni hökmdarı III Çarlzın rəsmi tacqoyma mərasimi 6 may 2023-cü ildə baş tutacaq.
Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti