"İranın Rusiyadan S-400 almasına ehtiyac yoxdur" - Müdafiə Nazirliyi

   "İranın Rusiyadan S-400 almasına ehtiyac yoxdur" -    Müdafiə Nazirliyi
  06 Mart 2023    Oxunub:954
İranın Rusiyadan S-400 zenit-raket komplekslərini (SAM) almasına ehtiyac yoxdur, çünki İslam Respublikası lazımi müdafiə silahları ehtiyatına malikdir.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Müdafiə və Maddi-Texniki Təminat Nazirliyinin rəhbəri Məhəmməd Rza Aştiyani deyib.

Aştiani qeyd edib ki, Rusiya Federasiyası İranın yüksək səviyyədə əlaqələr saxladığı ölkələrdən biridir.

“Biz müdafiə silahlarında özümüzü təmin etməyə nail olduq. Əgər onu almaq zərurəti yaranarsa, biz bunu edəcəyik, lakin hazırda başqa silahlara ehtiyacımız yoxdur”, - deyə o bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti