İran nüvə silahının bir addımlığında

  İran nüvə silahının bir addımlığında
  06 Mart 2023    Oxunub:1203
"Qərb qorxur ki, ABŞ İranla nüvə sazişindən tamamilə çıxsa, Rusiya JCPOA (Birgə Hərtərəfli Fəaliyyət Planı) çərçivəsində öz ərazisində saxladığı zənginləşdirilmiş uran ehtiyatlarını İrana qaytarsın".
AzVision.az xəbər verir ki, bu barədə Fox News yazır. Bildirilir ki, uranın bir hissəsinin Rusiya ərazisində saxlanması nüvə sazişinin şərtlərindəndir. Bu, JCPOA ölkələri üçün İranın nüvə silahı istehsal etməyəcəyinə zəmanət idi.

Bəzi məlumatlara görə, indiyədək Tehran Rusiya Federasiyasına 400 tona yaxın uran ixrac edib. Fox News mənbələri bildirir ki, "nüvə sazişi uzadılmayacağı təqdirdə, İran göndərdiyi uranı geri qaytaracaq. Bununla bağlı Rusiya ilə gizli sövdələşmələr bağlayıb".

AzVision.az


Teqlər:





Xəbər lenti