Dehli İrəvanla hərbi əməkdaşlığı gücləndirir

Dehli İrəvanla hərbi əməkdaşlığı gücləndirir
  06 Mart 2023    Oxunub:1009
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryanın rəhbərlik etdiyi nümayəndə heyəti martın 2-4-də Hindistanda səfərdə olub.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, səfər zamanı Ermənistan nümayəndə heyəti hindistanlı həmkarları ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edilir ki, Asryan "Raisina Dialogue" beynəlxalq konfransında iştirak çərçivəsində Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi, general Anil Çauhan ilə də görüşüb. Tərəflər ikitərəfli münasibətlər və təhlükəsizliklə bağlı bir sıra məsələləri, o cümlədən İrəvan və Nyu- Dehli arasında müdafiə sektorunda tərəfdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti