Nazir BMT rəsmisini Ermənistanın təxribatları barədə məlumatlandırıb
![Nazir BMT rəsmisini Ermənistanın təxribatları barədə məlumatlandırıb Nazir BMT rəsmisini Ermənistanın təxribatları barədə məlumatlandırıb](https://azvision.az/photos/2023/03/b063494c-4171-3ae4-93c1-45d79968a8c2_850-1678112854.jpg)
C.Bayramov Azərbaycanın ən az inkişaf etmiş ölkələrə həyata keçirdiyi yardımlar barədə ətraflı məlumat verib. Ölkəmizin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinə tələbə təqaüd proqramlarının mövcudluğu diqqətə çatdırılıb.
Nazir qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, ölkəmizin sülh quruculuğu addımları, Ermənistanla münasibətlərin normallaşdırılması, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, davam edən mina təhdidlərindən bəhs edib. Nazir eyni zamanda Ermənistanın təxribatları və sülh prosesinə maneələri barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: