Azərbaycan və Qana XİN rəhbərləri görüşdü
![Azərbaycan və Qana XİN rəhbərləri görüşdü
Azərbaycan və Qana XİN rəhbərləri görüşdü](https://azvision.az/photos/2023/03/18f8683f-8f95-31e3-9721-d0e1b292a615_850-1678120000.jpg)
Daha sonra tərəflər ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq gündəliyinə daxil olan məsələlər barədə fikir mübadiləsi aparıb və gələcək potensial əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
C.Bayramov BMT Təhlükəsizlik Şurasının hazırkı qeyri-daimi üzvlərindən biri qismində Qanadan olan həmkarını post-münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, eləcə də regionda hazırkı təhlükəsizlik vəziyyəti barədə məlumatlandırıb. Bildirilib ki, Ermənistan tərəfinin davam edən hərbi təxribatları, o cümlədən 5 mart tarixində baş vermiş insident bir daha göstərir ki, bu ölkə regionda davamlı sülhün əldə olunmasında və Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasında maraqlı deyil.
Görüşdə o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Hərəkatın təsisçi dövlətlərindən biri kimi Qananın QH-nin fəaliyyətində aktiv iştirakı vurğulanaraq, müqabil tərəf bir neçə gün əvvəl Bakıda baş tutmuş QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü və onun nəticələri barədə məlumatlandırılıb.
Tərəflər görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
AzVision.az
Teqlər: