İsveç və Finlandiya NATO-nun təlimində iştirak edəcək

   İsveç və Finlandiya NATO-nun təlimində iştirak edəcək
  06 Mart 2023    Oxunub:1946
NATO-nun strateji siyasi-hərbi səviyyədə qərar qəbuletmə və məsləhətləşmə mexanizmlərini sınaqdan keçirmək üçün nəzərdə tutulmuş illik böhranın idarə edilməsi təlimi martın 9-dan 15-dək baş tutacaq.
AzVision.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb. Təşkilat qeyd edib ki, təlimə NATO-ya üzv ölkələrlə yanaşı, İsveç və Finlandiyadakı mülki və hərbi qərargahlar və strateji komandanlıqlar cəlb olunacaq. Təlim hibrid mühitdə mürəkkəb mülki-hərbi ssenariyə kompleks cavabları əhatə edəcək.


AzVision.az


Teqlər:





Xəbər lenti