Kim Yo Conq: "ABŞ-ın Şimali Koreyanın raketini vurması müharibə deməkdir"
![Kim Yo Conq: "ABŞ-ın Şimali Koreyanın raketini vurması müharibə deməkdir" Kim Yo Conq: "ABŞ-ın Şimali Koreyanın raketini vurması müharibə deməkdir"](https://azvision.az/photos/2023/03/upload-07-pic_32ratio_1200x800-1200x800-82902-1678162896.jpg)
“Strateji silahlarımıza qarşı belə bir hərbi əməliyyat aparılarsa, bu, KXDR-ə qarşı açıq-aşkar müharibə elanı kimi qəbul ediləcək”, - Şimali Koreya sözçüsü bəyanatında bildirib.
Onun sözlərinə görə, belə vəziyyətlərdə Pxenyan hərbçilərinin hərəkətlərinin proseduru göstərilib.
Qeyd edək ki, fevral ayında ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri Şimali Koreyanın qitələrarası ballistik raketinin Sakit okeana buraxılacağı təqdirdə Vaşinqtonun onu vuracağını bildirib.
AzVision.az
Teqlər: