BMT “qaynar” təbiət hadisəsinin Yer kürəsinə gələcəyini proqnozlaşdırıb
![BMT “qaynar” təbiət hadisəsinin Yer kürəsinə gələcəyini proqnozlaşdırıb BMT “qaynar” təbiət hadisəsinin Yer kürəsinə gələcəyini proqnozlaşdırıb](https://azvision.az/photos/2023/03/20110224_gaf_u41_3291-pic_32ratio_1200x800-1200x800-71206-1678163767.jpg)
Təşkilat "El Nino"nun bütün dünyada temperatur və yağıntı modellərinə təsir edən üç il davam edən, davamlı "La Nina" hadisəsindən sonra yaxın aylarda ortaya çıxa biləcəyi qənaətinə gəlib. Mütəxəssislərin fikrincə, "El Nino"nun gəlişindən əvvəl "mart-may ayları ərzində 90% ehtimalla neytral şərait" dövrü olacaq.
ÜMT-nin Baş katibi Petteri Taalas qeyd edib ki, dünya "El Nino" fazasına daxil olan zaman qlobal temperaturda daha bir artım olacaq.
Təşkilat xatırladıb ki, tarixdə 2016-cı il "El Nino" və iqlim dəyişikliyinin təsiri altında ən isti il hesab olunur. 2026-cı ilə qədər 93% ehtimalla bu rekordun yenilənəcəyi qeyd edilir.
Qeyd edək ki, klimatoloqlar 2023-cü ilin 2022-ci ildən daha isti olacağı barədə xəbərdarlıq ediblər.
AzVision.az
Teqlər: