Ermənistanda qızılca xəstəliyi durmadan artır

Ermənistanda qızılca xəstəliyi durmadan artır
  07 Mart 2023    Oxunub:1577
Ermənistanda qızılca xəstəliyi durmadan artır. AzVision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
"Martın 7-də səhər saatlarına olan məlumata görə, Ermənistanda qızılcaya yoluxanların sayı 29-a çatıb", - Səhiyyə Nazirliyinin məlumatında deyilir. Onlardan 26-nın peyvənd olunmadığı, 3-nün isə bir doza peyvənd aldığı bildirilir.

Qeyd edilir ki, bir gün öncə yoluxma sayı 20 olub. 15 nəfər hazırda xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti