Belə oğurluq görülməyib: Evi götürüb getdilər - VİDEO

      Belə oğurluq görülməyib:    Evi götürüb getdilər -    VİDEO
  07 Mart 2023    Oxunub:1434
İzmirin Kemalpaşa mahalında soyğunçular dam, pəncərələr və qapılar da daxil olmaqla evin demək olar ki, hər bir hissəsini oğurlayıb. Evin yerində yalnız dörd divar qalıb.
Almaniyadan Türkiyəyə qayıdan ev sahibi Soner Özkan “İlk dəfədir belə bir şey görürəm. Evdən qiymətli əşyalar oğurlayırlar, mebel oğurlayırlar, qızıl oğurlayırlar, amma burada bütün ev oğurlanıb. Biz buna çox təəccübləndik. Evin girişindəki hasarı da oğurlayıblar. Bu oğurluğun tikinti texnikası ilə edildiyini düşünürük. Təkər izlərinə görə, evin yanındakı əraziyə yük maşını qoyub, oğurladıqlarını yükləyiblər” dedi.”, - deyə bildirib.

Özkan jandarma qruplarının oğruları tutmaq üçün işə başladığını bildirib.





Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti