BMT rəhbəri Ukraynaya gedib

BMT rəhbəri Ukraynaya gedib
  07 Mart 2023    Oxunub:715
BMT-nin baş katibi Antonio Quterreş Ukraynaya səfər edib.
AzVision.az xəbər verir ki, bu barədə çərşənbə axşamı brifinqdə BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq bildirib.

Onun sözlərinə görə, baş katib çərşənbə günü taxıl sazişinin uzadılması üçün Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

“Baş katib bu gün səhər saatlarında Polşaya gəlib, indi isə Ukraynadadır və Prezident Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gedir”, - o deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti