Ukrayna 90 rus hərbçisini geri qaytarıb

Ukrayna 90 rus hərbçisini geri qaytarıb
  08 Mart 2023    Oxunub:562
Ukraynada əsir saxlanılan 90 rus hərbçi Rusiyaya təhvil verilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Azad edilən hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə Moskvaya çatdırılacaq”, - deyə məlumatda bildirilib.

Məlumata görə, hərbçilər martın 7-də danışıqlar prosesi nəticəsində geri qaytarılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti