“New Strait Times”: Azərbaycanın səbrini sınamaq sülh üçün səmərəli deyil
![“New Strait Times”: Azərbaycanın səbrini sınamaq sülh üçün səmərəli deyil “New Strait Times”: Azərbaycanın səbrini sınamaq sülh üçün səmərəli deyil](https://azvision.az/photos/2023/03/167825666646407714_1200x630-1678258279.jpg)
Azərbaycan QHT-lərinin Laçın-Xankəndi yolundakı aksiyalarının heç kim üçün qəti surətdə blokada şəraiti yaratmadığı bildirilərək, Ruben Vardanyan və Araik Arutyunyan kimi cinayətkar şəxslərin qeyri-qanuni hərəkətlərinə qarşı Azərbaycanın səbrinin sonsuz olmadığı qeyd edilib. Bildirilib ki, Azərbaycan Respublikası ərazisində yaşayan erməni azlığın blokadaya salınması iddiası tamamilə yalandır və bu iddia Qarabağ iqtisadi rayonundakı cinayətkar qruplaşmaların öz əməllərinin üzərini örtmək məqsədi daşıyır.
Müəllif məqalədə xüsusi olaraq vurğulayıb ki, Azərbaycan öz ərazisində onun nəzarətindən kənarda qalmış bir regionun yaradılmasına əsla icazə verməyəcək.
AzVision.az
Teqlər: