Kahramanmaraşdakı azərbaycanlı xilasedicilər Vətənə yola salınıb

   Kahramanmaraşdakı azərbaycanlı xilasedicilər Vətənə yola salınıb
  08 Mart 2023    Oxunub:1104
Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqələr qardaş ölkəyə gedən Azərbaycanın 760 axtarış-xilasetmə heyətindən 224 nəfəri Bakıya yola salınıb.
Bu barədə “Anadolu” məlumat yayıb. Bildirilib ki, bu, Kahramanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu qrupudur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov “Anadolu”ya açıqlamasında deyib ki, azərbaycanlı xilasedicilər zəlzələdən dərhal sonra Türkiyəyə gəliblər: “Ötən müddət ərzində 53 nəfər dağıntılar altından sağ çıxarılıb. Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman Türkiyənin yanındadır. Bu şəhərlərin yenidən qurulmasında da Azərbaycan dövləti Türkiyənin yanında olacaq".

AzVision.az


Teqlər:





Xəbər lenti