Turki Al Faysal: "İşğal dövründə törədilmiş dağıntılar misli görünməmiş barbarlıq nümunəsidir"
![Turki Al Faysal: "İşğal dövründə törədilmiş dağıntılar misli görünməmiş barbarlıq nümunəsidir"
Turki Al Faysal: "İşğal dövründə törədilmiş dağıntılar misli görünməmiş barbarlıq nümunəsidir"](https://azvision.az/photos/2023/03/16782720103047119185_1200x630-1678272571.jpg)
Dağıntıların misli görünməmiş barbarlıq nümunəsi olduğunu vurğulayan qonaq Azərbaycan xalqının əzmkarlığı ilə Qarabağın bərpası və yenidən qurulması işlərinin davam etdirildiyini və bu ərazilərin Azərbaycanın inkişaf etmiş regionuna çevriləcəyinə əminliyini bildirib.
“İşğaldan azad olunmuş ərazilərdə bir vaxtlar yaşamış insanların doğma yurdlarına yenidən qayıtması, eləcə də digər insanların buraya gəlib fəaliyyət göstərmələri üçün ən vacib məsələlərdən biri də minaların təmizlənməsi prosesidir. Buranın çox münbit torpağı var. Ona görə də burada təkcə sənaye üçün deyil, kənd təsərrüfatının inkişafı üçün də əlverişli şərait var”, - Turki Al Faysal qeyd edib.
AzVision.az
Teqlər: