Riqa ilə Bakı arasında birbaşa uçuşlar bərpa ediləcək

   Riqa ilə Bakı arasında birbaşa uçuşlar bərpa ediləcək
  08 Mart 2023    Oxunub:929
"Latviyanın “airBaltic” şirkəti bu ilin may ayında Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır".
AzVision.az xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.

O qeyd edib ki, bununla da latviyalı turistlərin Azərbaycana gəlməsi və Azərbaycan vətəndaşlarının Latviyaya getməsi, o cümlədən işgüzar dairələrin səfərləri asanlaşacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti