Ukrayna XİN Gürcüstandakı vəziyyətə münasibət bildirib
![Ukrayna XİN Gürcüstandakı vəziyyətə münasibət bildirib
Ukrayna XİN Gürcüstandakı vəziyyətə münasibət bildirib](https://azvision.az/photos/2023/03/1678287064.jpg)
Qeyd edilib ki, Ukrayna XİN Tbilisidəki vəziyyəti diqqətlə izləyir:
“Avropa İttifaqına üzv olmağa can atan bir dövlət kimi Gürcüstan öz vətəndaşlarının əsas hüquq və azadlıqlarına, o cümlədən dinc etiraz hüquqlarına təminat verməlidir.
Gürcüstan prezidenti Salome Zurabişvili vətəndaş cəmiyyətinin fəaliyyətinə xələl gətirən “xarici agentlər” haqqında qanuna veto qoyacaq. Biz Aİ-nin mövqeyini bölüşürük ki, qanun layihəsi hazırkı variantda Avropa dəyərlərinə və standartlarına uyğun deyil.
Biz gürcü xalqının Gürcüstanın Avropa gələcəyinin qurulmasını davam etdirmək istəyi ilə həmrəy olduğumuzu bildiririk".
Teqlər: