Nümayəndələr Palatasının spikeri Zelenskinin dəvətini rədd edib

   Nümayəndələr Palatasının spikeri Zelenskinin dəvətini rədd edib
  09 Mart 2023    Oxunub:1075
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukraynaya səfər təklifindən imtina edib.
Bu barədə “CNN” məlumat yayıb. Makkarti bundan əvvəl bəyan edib ki, hazırkı Konqresdəki respublikaçılar Vaşinqtona Ukraynaya məhdudiyyətsiz və əsassız maliyyə yardımı göstərməyə imkan verməyəcəklər. Daha sonra V. Zelenski “CNN”ə müsahibəsində Makkartinin ölkəyə və Kiyevə səfər etməklə bu məsələdə mövqeyini daha yaxşı müəyyən edə biləcəyi fikrini bildirib.

“CNN” jurnalistləri Zelenskinin dəvətini Makkartiyə çatdırdıqdan sonra Konqresin Nümayəndələr Palatasının spikeri Ukraynaya səfərin onun planlarına daxil olmadığını bildirib.

Onun sözlərinə görə, ABŞ-ın ayırdığı vəsaitin necə bölüşdürüldüyünü anlamaq üçün Ukraynaya getməsinə ehtiyac yoxdur: “Yenilikləri və digər məlumatları almağa davam edəcəyəm, lakin bunu görmək üçün Ukraynaya və ya Kiyevə getməyimə ehtiyac yoxdur”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti