"Putinlə görüşməyəcəm, ona etibar yoxdur" - Zelenski

   "Putinlə görüşməyəcəm, ona etibar yoxdur" -    Zelenski
  09 Mart 2023    Oxunub:992
"Rusiya Federasiyasının prezidenti ilə görüşmək üçün mümkün hal yoxdur. Çünki o, sözünün üstündə durmur. Bizim ona heç bir etimadımız yoxdur"
AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib.

Zelenski Rusiya lideri Vladimir Putinlə görüşəcəyini “təsəvvür edə bilmədiyini” vurğulayıb.

O qeyd edib ki, diplomatik vasitələrdən istifadə etməyə başlamazdan əvvəl Rusiyanın Ukrayna ərazisini tərk etməsini təmin etmək lazımdır.

Qeyd edək ki, fevral ayında Parisdə keçirilən üçtərəfli görüşdə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz Ukrayna prezidentini Rusiya ilə sülh danışıqlarına çağırıblar.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti