Tacikistan, Kamçatka, Türkiyədə zəlzələlər olub

   Tacikistan, Kamçatka, Türkiyədə zəlzələlər olub
  09 Mart 2023    Oxunub:1624
Tacikistanda 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Onun sözlərinə görə, zəlzələnin episentri 8,5 minə yaxın insanın yaşadığı Murqab qəsəbəsindən 82 km cənub-qərbdə, 40 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Seysmoloqlar eyni zamanda Kamçatka yarımadasının cənub-şərq sahilləri yaxınlığında dənizdə 5 bal gücündə zəlzələ qeydə alıblar. Zəlzələnin maqnitudası 5, ocağın dərinliyi 61 km olub. Həmin ərazidə səhər saatlarında 5,5 bal gücündə daha bir zəlzələ olub.

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsi xəbər verir ki, cümə axşamı səhər Monqolustanda Rusiya ilə sərhəd yaxınlığındakı Xuvsqul gölü ərazisində 3,5 bal gücündə zəlzələ baş verib. Bu, son bir həftədə ərazidə baş verən üçüncü güclü təkandır.

Bu gün eyni zamanda Türkiyədə Marmara dənizi sahillərində 3,9 maqnitudalı zəlzələ olub. Zəlzələ İstanbulda da hiss edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti