Çin: "Rusiya -Ukrayna münaqişəsi 2023-cü ilin yayında bitəcək"

    Çin:  "Rusiya -Ukrayna münaqişəsi 2023-cü ilin yayında bitəcək"
  09 Mart 2023    Oxunub:1269
Çinin Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün təklif etdiyi sülh analitik mərkəzlərin nəticələri ilə bağlıdır.
AzVision.az xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei Asia” nəşrinin məqaləsində qeyd edilib. Bildirilib ki, Pekin Moskvanın bir neçə aydan sonra qalib gələcəyini anlayıb.

"Sülh planının özü prozaikdir, lakin bu, Çinin birdən-birə aktiv rol oynamağa başladığı təəssüratını yaradır", yapon müşahidəçiləri qeyd edirlər.

Məqalədə bildirilib ki, Çinin AMS Akademiyasının analitikləri hərbi əməliyyatların 2023-cü ilin yayında Rusiyanın qələbəsi ilə başa çatacağı barədə hesabat hazırlayıblar. Ekspertlər hesab edir ki, Rusiya və Ukrayna iqtisadiyyatı uzun sürən münaqişədən tükənəcək və döyüşü daha uzun müddət davam etdirə bilməyəcək.

"Beləki, ABŞ-da ötən ilin dekabrında qəbul edilmiş 45 milyard dollarlıq yardım paketinin müddəti bu yay başa çatır. Proqnozu öyrənən Pekin sülh təklifi hazırlayıb", - yapon jurnalistləri yekunlaşdırıblar.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti