Marsel Amon vəfat etdi
Marsel Jan-Pier Baltasar Miramon 1929-cu il aprelin 1-də Bordoda anadan olub. 22 yaşında Parisə köçüb və burada yaradıcılıqla məşğul olub. 1956-cı ildə Edit Piafın konsertlərindən əvvəl "Olimpia" konsert zalında çıxış etməyə başlayıb və həmçinin Bricit Bardotun baş rolda oynadığı The Bride Too Pretty filmində Toni obrazını canlandırıb.
1980-ci illərə qədər sənətçi səhnədə öz bəstələrini, eləcə də şansonyer Çarlz Aznavurun mahnılarını ifa edib.
Bundan sonra o, musiqi karyerasına fasilə verib, yazıçılıqla məşğul olub və 2000-ci illərin əvvəllərində yenidən konsert fəaliyyətinə başlayıb. Amon 90 illik yubileyini "Alhambra" konsert zalında çıxışı ilə qeyd edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: