Politico: "London və Parisdən birlik siqnalı: Münasibətləri yaxşılaşdıracaqlar "
![Politico: "London və Parisdən birlik siqnalı: Münasibətləri yaxşılaşdıracaqlar " Politico: "London və Parisdən birlik siqnalı: Münasibətləri yaxşılaşdıracaqlar "](https://azvision.az/photos/2023/03/1678358031.jpg)
Nəşr qeyd edib ki, martın 10-da Böyük Britaniyanın baş naziri Rişi Sunak və Fransa prezidenti Emmanuel Makron 2018-ci ildən bəri ilk İngiltərə-Fransa sammiti çərçivəsində Parisdə görüşəcəklər.
"Politico"ya mənbələrdən verilən məlumata görə, görüş zamanı siyasətçilər müdafiə sahəsində əməkdaşlığı müzakirə etmək niyyətindədirlər.
“Avropada müharibə gedir, biz ümumi təhlükə ilə üz-üzəyik və bu, Avropanın ən böyük ordularına və nüvə imkanlarına malik olan iki ölkə üçün sınaqdır”, - Yelisey Sarayının nümayəndəsi bildirib.
Öz növbəsində, Avropa İslahatları Mərkəzinin analitik mərkəzinin direktoru Çarlz Qrant qeyd edib ki, Ukraynadakı Rusiya xüsusi təyinatlı hərbçiləri Sunak və Makrona daha yaxşı "yola getmələlərini" başa salıb.
Nəşr xatırladır ki, Britaniya və Fransa arasında münasibətlər krallığın Avropa İttifaqından çıxmasından sonra pisləşib.
Aytən Zəhra
AzVision.az
Teqlər: