Gəmidə olan 284 sərnişin norovirusa yoluxdu

   Gəmidə olan    284 sərnişin    norovirusa yoluxdu
  09 Mart 2023    Oxunub:862
"Ruby Princess" kruiz gəmisinin sərnişinləri kütləvi şəkildə xəstələniblər.AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb.
Bildirilir ki, 2881 sərnişindən ən azı 284-nə norovirus (kəskin bağırsaq infeksiyası - red.) diaqnozu qoyulub. Onlardan 34-ü ekipaj üzvü olub.

CBC News yazır ki, bütün sərnişinlər öz kabinələrində təcrid olunublar. Onların çoxunda qusma və ishal müşahidə olunur. Gəminin məxsus olduğu "Carnival Corporation" bəyan edib ki, hələlik xəstəliyin mənbəyi müəyyən edilməyib. Lakin norovirus çox vaxt "kruiz gəmisi virusu" adlandırılır. Yəni bu gözlənilən xəstəlikdir.

Qeyd edilir ki, “Ruby Princess” kruiz gəmisi fevralın 26-dan martın 5-dək fəaliyyət göstərib. Hazırda layner Texas ştatının Qalveston şəhəri yaxınlığında dayanıb. Burada epidemioloqlar sərnişinlərdən lazımi nümunələri toplayırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Gəmi  





Xəbər lenti