Akardan taxıl müqaviləsi açıqlaması

   Akardan taxıl müqaviləsi açıqlaması
  09 Mart 2023    Oxunub:800
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Qara dənizdə martın 18-də başa çatacaq taxıl təşəbbüsünün davam etdirilməsi üçün BMT, Ukrayna və Rusiya ilə danışıqları davam etdirdiklərini bildirib.
Onun sözlərinə görə, hər iki tərəf müqavilənin uzadılmasına müsbət yanaşır.

“Biz taxıl təşəbbüsünün tərəfləri olan BMT, Ukrayna və Rusiya ilə danışıqlarımızı davam etdiririk. Ukrayna təşəbbüsün ikinci dəfə uzadılması ilə bağlı müsbət rəyini bildirib. Eynilə, Rusiya da təşəbbüsün uzadılmasına müsbət yanaşır.

Biz də ümid edirik və gözləyirik ki, taxıl təşəbbüsü bütün tərəflərin töhfəsi ilə davam edəcək. Biz bu istiqamətdə işimizi davam etdiririk”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti