İntihar edən əsgər Ohanyanın əmisi nəvəsi olub

   İntihar edən əsgər  Ohanyanın əmisi nəvəsi olub
  09 Mart 2023    Oxunub:1211
8 martda intihar edən əsgər eks-müdafiə naziri Seyran Ohanyanın əmisi nəvəsi olub. O, üç ay sonra tərxis olunmalı idi.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Saytlar araşdırmaçı jurnalist Oskan Sarkisyana istinad ediblər.

Meyiti tapılan erməni əsgər özünü asıbmış
"Mənə verilən məlumata görə, ölən əsgər Gorusun Xnatsax kənd sakinidir. O, ailənin kiçik övladı idi. Əsgərin böyük qardaşı və evli bacısı var. Andranik Ohanyanın tərxis olunmasına cəmi 3 ay qalmışdı. Martın 8-də səhər saatlarında anasına zəng edərək onu Qadınlar Günü münasibətilə təbrik edib. Ailə üzvləri Andranikin ölümündən şoka düşüblər. Əsgərin atası Karo Ohanyan keçmiş müdafiə naziri Seyran Ohanyanın əmisi oğludur. Karo Qarabağda gedən müharibədə yaralanıb və hazırda maldarlıqla məşğuldur", - jurnalist yazıb.

Qeyd edək ki, bu gün erməni hərbçinin meyiti aşkarlanıb. Ermənistanın Müdafiə Nazirliyi Andranik Ohanyan adlı həmin hərbi qulluqçu ilə bağlı detalları açıqlamasa da İstintaq Komitəsi meyitin meşədə tapıldığını bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   İntihar   Əsgər  



Xəbər lenti