Lavrov: "Çətin məsələdir"

      Lavrov:  "Çətin məsələdir"
  09 Mart 2023    Oxunub:1153
Taxıl müqaviləsi üzrə öhdəliklərin bir hissəsi ümumiyyətlə yerinə yetirilmir, ona görə də onun uzadılması məsələsi mürəkkəbdir.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Birinci hissə Ukrayna taxılının Ukrayna limanlarından Qara dəniz vasitəsilə təhlükəsiz ixracı, paketin ikinci hissəsi Rusiya taxılının və Rusiya gübrələrinin ixracına bütün maneələrin aradan qaldırılması zərurətidir.

Birinci hissə icra olunur... İkinci hissə isə ümumiyyətlə həyata keçirilmir”, - deyə nazir Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla danışıqların yekununda bildirib.

Onun sözlərinə görə, sövdələşmənin yalnız yarısının tamamlandığını nəzərə alsaq, onun uzadılması məsələsini həll etmək çətindir.

"Əgər söhbət sövdələşmədən gedirsə, deməli, bu, paketli sövdələşmədir, siz yalnız artıq həyata keçirilən şeyi uzada bilərsiniz. Əgər paket yarım tamamlanıbsa, o zaman uzadılma məsələsi kifayət qədər mürəkkəbləşir", - rusiyalı nazir bildirib.

Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.

Taxıl müqaviləsinin müddəti martın 18-də başa çatır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti