Hamburqda atışma: 6 ölü, 20-dən çox yaralı var

      Hamburqda atışma:    6 ölü, 20-dən çox yaralı var
  10 Mart 2023    Oxunub:1052
Almaniyada xeyli sayda insanın ölümü ilə nəticələnən silahlı insident olub. AzVision.az "Hamburger Morgenpost"a istinadən xəbər verir ki, hadisə Hamburq şəhərindəki "Yehova Şahidləri"nin mərkəzində baş verib.
Atışma nəticəsində azı 6 nəfər həlak olub.

"Hadisə cümə axşamı yerli vaxtla saat 21:00 radələrində olub.
Daha 7 nəfərin vəziyyəti ağırdır, 17 nəfər isə yüngül xəsarət alıb.
Yerli polis hadisənin baş verdiyi binada bir naməlum şəxsin meyitinin tapıldığını bildirib. Ehtimal edilir ki, o, cinayəti törədən şəxsdi", - yerli media yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Almaniya  





Xəbər lenti