Ermənistanda İran vətəndaşı həbs edildi

   Ermənistanda İran vətəndaşı həbs edildi
  10 Mart 2023    Oxunub:1341
Ermənistanda qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İran vətəndaşı həbs edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. İşin materiallarına görə, iranlı S.X 2022-ci ilin sentyabrında Ermənistandan 10 kq narkotik alıb.

Poçt sifarişi ilə Avstriyaya 3,2 kq göndərib, daha 3,5 kq narkotiki eyni şəkildə Avstraliyaya göndərməyə çalışarkən saxlanılıb.

İbtidai istintaq yekunlaşıb, ittiham aktı ilə birlikdə iş məhkəməyə göndərilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti