"Putinin uğurları Kiyevin kapitulyasiyası qorxusunu artırır" - Makfol

   "Putinin uğurları Kiyevin kapitulyasiyası qorxusunu artırır" -    Makfol
  10 Mart 2023    Oxunub:1393
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol diqqət çəkən açıqlamalar verib. AzVision.az "Newsweek"ə istinadən xəbər verir ki, o, Barak Obamanın keçmiş müşaviri Devid Akselrodla söhbətində Ukrayna münaqişəsinin dalana dirəndiyini deyib.
Bu amil isə Ukraynanın döyüş meydanında mövqeyini qoruyub saxlaya bilməsi ilə bağlı narahatlıq doğurur.

Bayden Ukraynaya 6 milyard dollardan çox yardım təklif edib
Eks-səfir vurğulayıb ki, "Ukraynalılar zamanın onların lehinə işlədiyinə inanmırlar. Onlar uzunmüddətli müharibə istəmirlər. Çünki buna tab gətirə biləcəklərinə də inanmırlar. Birincisi, ona görə ki, Kiyevin əsgərləri tükənəcək. İkincisi isə Qərbdən gələn dəstəyin azalacağından qorxurlar”.

Makfol belə qənaətə gəlib ki, ABŞ prezidenti Co Bayden və onun administrasiyası Ukraynanın döyüşlərdə uğur qazanmasına kömək etmək üçün “daha ​​çox iş görməlidir”. Söhbət silah təchizatının artırılmasından gedir.

Eks-səfir həmçinin vurğulayıb ki, Putinin hərbi uğuru Ukraynanın məğlub olacağı ilə bağlı qorxuları artırır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti