Ərdoğan seçkilərlə bağlı önəmli açıqlamalar verəcək

   Ərdoğan seçkilərlə bağlı    önəmli açıqlamalar verəcək
  10 Mart 2023    Oxunub:850
Türkiyədə mayın 14-də keçirilməsi gözlənilən 2023-cü il seçkiləri bu gün prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə yekunlaşacaq. Ərdoğanın konstitusiyaya əsaslanaraq verdiyi qərarla seçki prosesi başlayacaq.
Türkiyə lideri bu gün saat 14.00-da açıqlama verəcək. Bundan dərhal sonra 2023-cü il seçkiləri üçün proses başlayacaq. Təqvimi Ali Seçki Şurası müəyyən edəcək.

Mayın 14-də seçicilər həm prezidenti, həm də deputatı seçəcəklər. Prezidentliyə namizədlik ərizələri martın 21-dən etibarən qəbul ediləcək.

Zəlzələ səbəbiylə müxtəlif şəhərlərə getmək məcburiyyətində qalanlar üçün prezident fərmanı ilə tənzimləmələr ediləcək. Ali Seçki Şurası xarici seçicilərlə bağlı Xarici İşlər Nazirliyinin də rəyini alacaq. Hansı ölkələrdə neçə seçki qutusunun qurulacağı və səsvermə günləri müəyyənləşəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti